19 oyunda 106 vərəqə, 11 penalti... – rumınlar “Qarabağ”ın oyunundakı hakimdən narazı qaldı

22.01.2025 13:35 633
Aktual / Ölkə futbolu
Rumıniyalı futbolsevərlər “Qarabağ” – FKSB matçını idarə edəcək ədalət təmsilçisinin fəaliyyətini təhlükəli sayır.

“Football-plus.az” xəbər verir ki, bu barədə “sport.ro” saytı məlumat yayıb.

Həmkarlarımız bildirib ki, matçın baş hakimi Filip Qlova o qədər də mərhəmətli deyil:

“FKSB-nin futbolçuları meydanda çox diqqətli olmalıdılar. Ona görə ki, qarşılaşmanı slovakiyanın “təhlükəli” ədalət təmsilçilərindən biri idarə edəcək. Qlova vərəqə paylamaqda çox səxavətlidi. O, cari mövsümdə bütün turnirlər üzrə 19 matç idarə edib və oyunçulara 94 sarı, 12 qırmızı vərəqə göstərib. Üstəlik 11 penalti təyin edib. Diqqətli ol, FKSB!”

KƏNAN BAHADIR