“Sumqayıt” daha bir aparıcı oyunçusunu itirə bilər.
Sabiq baş məşqçi Samir Abasovun sevimlilərindən olan, onu əvəzləyən Vaqif Cavadovla isə yaxşı anlaşmayan Rövlan Muradov komandanı tərk etməyə yaxındı. Rövlan rəhbərliyə komandada qalmaq istəmədiyini və getməsi üçün şərait yaradılmasını xahiş edib. “Qəbələ”nin yetirməsi olan futbolçu üçün karyerasını davam etdirmək baxımından ən real variant hələ ki “Kəpəz”di.
“Kimyaçılar”ın mətbuat xidmətinin rəhbəri Zaur Xudiyevdən bu haqda soruşduq. Onun “Football-plus.az”a cavabı: