''Qalatasaray'' bu göstəricidə Avropada hamıdan öndədi!

11.01.2025 18:52 977
Dünya futbolu
Əla mövsüm keçirən və növbəti çempionluğuna doğru irəliləyən ''Qalatasaray'' hazırda 22 rəsmi oyunluq məğlubiyyətsiz seriyaya malikdi.

''Football-plus.az'' xəbər verir ki, İstanbul nəhəngi bu müddətdə 16 qələbə qazanıbsa, 6 görüşdən bərabərliklə ayrılıb. Avropanın ən güclü 10 çempionatına nəzər salsaq, bu, hazırda davam edən ən böyük məğlubiyyətsiz seriyadı!

Bu yaxınlara qədər bu göstəricidə lider ''Liverpul'' idi. Premyer-liqanın 4-cü turunda evdə ''Nottingem Forest''ə uduzduqdan sonra mersisaydlılar ardıcıl 24 rəsmi oyunda məğlub olmadılar. Amma bu seriya çərşənbə günü liqa kubokunun yarımfinalının ilk matçında səfərdə ''Tottenhem''lə oyunda qırıldı (0:1). Ona görə də liderlik ''Qalatasaray''a keçdi.

Son 19 rəsmi oyunda uduzmayan Fransa təmsilçisi ''Lill'' 2-ci, son 15 rəsmi oyunda uduzmayan Belçika təmsilçisi ''Brügge'' isə 3-cü pillədə qərarlaşıb. ''Qalatasaray'' qarşıdakı 3 rəsmi oyunda da uduzmayacağı təqdirdə ''Liverpul''u da geridə qoyacaq və bu mövsüm Avropanın aparıcı çempionatlarında ən uzun məğlubiyyətsiz seriyaya malik olan komandaya çevriləcək. ''Cim-Bom'' növbəti oyununu yanvarın 12-də superliqanın 19-cu turu çərçivəsində səfərdə ''İstanbul BŞ''yə qarşı keçirəcək.

Qeyd edək ki, Türkiyə çempionu son məğlubiyyətini avqustun 27-də Çempionlar Liqasının təsnifat mərhələsinin ''Yanq Boyz''a qarşı cavab oyununda (0:1) yaşayıb.

ƏLİ

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul