Nəhayət, “Nyukasl”ın İngiltərə çempionatındakı məğlubiyyətsiz seriya qırılıb.
Eddi Haunun çalışdırdığı komanda öz meydanında “Liverpul”dan iki cavabsız top buraxıb. Maraqlıdı ki, “sağsağanlar” bu mövsüm ilk məğlubiyyətini məhz “Liverpul”dan almışdılar: ötən il avqustun 31-də bu rəqibə səfərdə 1:2 hesabı ilə uduzmuşdular. “Nyukasl” həmin matçdan sonra premyer-liqada keçirdiyi 17 oyunda 9 qələbə qazanmış, 8 dəfə heç-heçəyə razılaşmışdı.