“Liverpul”un sahibi dəyişə bilər?

11.01.2025 10:52 297
Dünya futbolu
“Liverpul”un sahibi dəyişə bilər.

Amerikalı milyarder İlon Maskın atası Errol Mask oğlunun futbol klubunu almaq istədiyini bildirib.

Tanınmış insayder Fabritsio Romanonun yaydığı xəbərə görə, o “oğlum İlon çox istərdi ki, “Liverpul” klubunu alsın. Onun nənəsi həmin şəhərdəndi, bizim orada ailəmiz var. “The Beatles” (Liverpul şəhərindən olan məşhur musiqi qrupu - red.) bizim ailəmizlə bir yerdə böyüyüb”.