Nabi Keyta “Verder”dən ayrılıb.
Tanınmış insayder Fabritsio Romanonun məlumatına görə, qvineyalı yarımmüdafiəçinin 2026-cı ilin yayına qədər olan müqaviləsi qarşılqlı razılıq əsasında ləğv edilib. 29 yaşlı futbolçu ötən mövsümün aprel ayında etdiyi intizamsızlığa görə əsas komandadan uzaqlaşdırılmışdı.
“Verder”ə ötən ilin yayında “Liverpul”dan keçən Keyta Almaniya klubunda yalnız 5 oyunda meydana çıxmaq şansı qazanıb.