Cerrard onu yeni komandasına gətirir

20.07.2023 23:39 215
Dünya futbolu
Cordan Hendersonun “Liverpul”u tərk edəcəyi ilə bağlı xəbər doğrulmaq üzrədi.

"Football-plus.az" xəbər verir ki, onun karyerasını “Əl-İttifak”da davam etdirkəcəyi böyük ölçüdə məlumdu. Təcrübəli futbolçu bir neçə gün əvvəl bu klubla anlaşmışdı. Tanınmış insayder Fabritsio Romanonun yaydığı məlumatda “Əl-İttifak”la “Liverpul” arasında aparılan danışıqların da müsbət nəticələndiyi bildirilir.

Qeyd edək ki, Hendersonun xidmətində “Əl-İttifak”ın baş məşqçi vəzifəsinə yenicə təyinat alan “Liverpul”un sabiq oyunçusu Stiven Cerrard maraqlıdı.