Meyson Qrinvud İspaniyada klubunu dəyişə bilər.
"Football-plus.az" xəbər verir ki, müqavilə ilə “Mançester Yunayted”ə məxsus olan və icarə əsasında “Xetafe”də çıxış edən gənc futbolçu “Atletiko”ya keçə bilər.
“Marca” qəzetinin yaydığı xəbərə görə, Madrid klubu 22 yaşlı futbolçunun mümkün transferi ilə bağlı MY ilə danışıq aparır. Bir müddət əvvəl ingilis hücumçu ilə “Barselona”, “Real Sosyedad” və “Valensiya”nın maraqlandığı haqda xəbərlər yayılmışdı.
Qrinvud bu mövsüm “Xetafe”də bütün turnirlərdə 15 oyun keçirib, 5 qol vurub və 4 məhsuldar ötürmə edib.