“Formula-1” üzrə dünya çempionatının sahibi olan “Liberty Media” şirkəti 2022-ci ilin 3-cü kvartalı üçün maliyyə hesabatını təqdim edib.
Hesabat aydın olur ki, ötən ilin 3-cü kvartalı ilə müqayisədə “Formula-1” büdcəsinə daxilolmalar 7 faiz artaraq 715 milyon dollar təşkil edib. “Formula-1”in 3-cü kvartaldakı təmiz gəliri 64 milyon dollar olub. Düzdü, bu, ötən ilin uyğun dövrü ilə müqayisədə 5,8 faiz azdı. “Formula-1”də gəlirin azalmasını komandalara ödənişlərin 9,4 faiz artması, yəni 370 milyon dollara çatması ilə izah edirlər. Hesabatda o da qed olunur ki, mərhələlərin operatorlarından – Bakı Şəhər Halqası da bunlardan biridi - daxil olan ödənişlər azalır, ancaq qurum bu itkini kommersiya hüquqlarının satışı və sponsorlardan gələn pulun artması hesabına kompensasiya edir.