Antonio Rüdigerin “Real”da daha uzun müddət oynamaq şansı var.
“Real” futbolçu ilə müqaviləni yeniləməyi planlaşdırıb. “Marca” qəzetinin yaydığı məlumata görə, Almaniya yığmasının müdafiəçisi ilə danışıqlar yaxın günlərdə başlayacaq. 2022-ci ildən Madrid klubunda çıxış edən Rüdigerin hazırkı müqaviləsinin müddəti gələn ilin yayına qədərdi.
31 yaşlı futbolçu bu mövsüm “Real”da 26 oyun keçirib.