Frenki de Yonqun “Barselona”da daha uzun müddət oynamaq imkanı var.
"Football-plus.az" xəbər verir ki, İspaniya klubu onunla müqaviləni yeniləməyi planlaşdırır. Bu mövzuda futbolçu ilə danışıqlar aparılır. Rəhbərlik niderlandlı yarımmüdafiəçinin müqaviləsinin müddətini 2028-ci ilin yayına qədər artırmaq istəyir. Frenki yeni təklifi qəbul edəcəyi halda maaşı ildən-ilə artırılacaq.
Onun hazırkı sözləşməsinin müddəti 2026-cı il iyunun 30-na qədərdi.