Antonio Rüdiger qeyri-müəyyən müddətə sıradan çıxıb.
Almaniyalı müdafiəçi qarşıdakı oyunlarda “Real”a kömək edə bilməyəcək. İspaniya klubunun mətbuat xidmətinin məlumatına görə, 30 yaşlı futbolçunun sol budunda zədə aşkarlanıb. “Jirona”ya qarşı oyunu buraxan Rüdigerin yaşıl meydana nə vaxt qayıdacağı ilə bağlı hələlik məlumat verilməyib.
Antonio bu mövsüm 30 oyun keçirib, 2 qol vurub və 1 məhsuldar ötürmə edib.