“Real”ı tərk etmək istəyir?

12.12.2024 20:51 330
Dünya futbolu
Luka Modriç mövsümün sonunda “Real”ı tərk etmək istəyir. Bu xəbəri Xose Feliks Dias yayıb.

İspaniyalı insayderin məlumatına görə, 39 yaşlı futbolçu klubdan ayrıldıqdan sonra karyerasını başa vurmağı planlaşdırmır. O, özünü başqa komandada sınamaq istəyir. Modriç Madrid klubunda 2012-ci ildən oynayır. Xorvatiyalı yarımmüdafiəçi bu mövsüm bütün turnirlərdə 20 oyun keçirib və 3 məhsuldar ötürmə verib.

Lukanın “Real”la müqaviləsinin müddəti 2025-ci ilin yayına qədərdi.