• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Qarabağ” fasiləyə böyük xal fərqi ilə yollandı, Berezutski uduzdu - ŞƏRH

Ölkə futbolu

1-01-2025, 12:0

18-ci turun oyunlarından sonra premyer-liqada ilk yarıya yekun vuruldu.

İkinci dövrənin sonuncu turunda azarkeşlər 3 qələbəyə şahidlik etdi, iki oyunda qalib müəyyənləşmədi, məhsuldarlıq yenə də yetərincə aşağı oldu. Komandalar qış fasiləsinə yollandığından ilin son matçı hər kəs üçün vacib əhəmiyyət daşıyırdı. Bögələrdə sürpriz, paytaxda gözlənilən nəticə qeydə alındısa, “Sabah” gərgin Şamaxı səfərindən üzgün qayıtdı.

“Kəpəz” – “Sumqayıt” matçında azarkeşlər qol görmədi. Tərəfərin səyinə baxmayaraq, 90 dəqiqə qolsuz başa çatdı. Hər iki hissə “Kəpəz”in dominantlığı şəraitində keçsə də, “Sumqayıt” qapısını toxunulmaz saxlamağı bacardı. Ötən tur “Neftçi”yə məğlub olan Azər Bağırovun yetirmələri bu matça xüsusi diqqət yetirməli idi. Çünki “sarı-göylər”in turnir cədvəlində ən yaxın izləyicisi olan “Səbail” 3 xal qazanarsa, “Kəpəz”i sonuncu pilləyə yuvarlayacaqdı. Hər halda, “Səbail”in “Zirə” önündə minimal məğlubiyyəti “Kəpəz”in xeyrinə işlədi. Bərabərlik hesabına xalını 11-ə çatdıran Gəncə təmsilçisi qış fasiləsində ciddi şəkildə güclənməlidi. Yoxsa sonra gec olacaq. “Sumqayıt”da isə fərqli əhval-ruhiyyə hökm sürürdü. Axı Vaqif Cavadovun komandası ötən tur “Qarabağ” önündə darmadağın olmuşdu. Mümkün qələbə “Sabah”la aradakı xal fərqini azaldacaqdı.

“Neftçi” çətin Tovuz səfərindən 1 xalla qayıtdı. Əslində bu nəticə tərəflərdən heç birini razı salmadı. Avrokuboklara vəsiqəyə iddialı “Turan Tovuz” son turlarda müntəzəm xal itirir. İli ilk “3-lük”də bitirən komanda indi “Zirə”nin isti nəfəsini kürəyində hiss edir. “Neftçi” haqda isə ümidverici nəsə demək çətindi. Görünən odu ki, Samir Abasov bu komandanı böhrandan çıxarmağı bacarmadı, heç bunun yolunu da bilmir.
Doğma meydanda “Zirə”yə uduzan “Səbail” sonuncu pillədən qurtulmağı bacarmadı. “Qartallar” qələbə hesabına “Turan Tovuz”a daha da yaxınlaşdı. “Qartallar” da ili major notda tamamlayır. “Səbail”in isə tətil ərəfəsində sensasiyaya gücü çatmadı.

Maraqlı qarşılaşmalardan biri də Şamaxıda keçirildi. “Şamaxı”nın “doğma divarlar” arasında “Sabah”a qalib gəlməsi Masazır təmsilçisi üçün fiasko idi. “Sabah”ın yeni baş məşqçisi Vasili Berezutskiyə ilk məğlubiyyəti Ayxan Abbasovun komandası yaşatdı. İkinci hissədə fərqi 2 topa çatdıran “şirlər” hesabı qorumağı bacardı. “Şamaxı” bu qələbə hesabına turnir cədvəlində “Neftçi”ni geridə qoydu, “Sumqayıt”a yaxınlaşdı. Ötən tur “Araz-Naxçıvan”ı sarsıdan “tələbələr” bu dəfə özü sarsıldı.

Turun və ilin son oyunu Tofiq Bəhramov adına Respublika stadionunda keçirildi. “Qarabağ” – “Araz-Naxçıvan” oyunu da maraqla gözlənilirdi. “Köhlən atlar” ilk dövrədə bu rəqibi darmadağın etmişdi (1:4).Turun mərkəzi matçında “Qarabağ” “Araz-Naxçıvan”ın qapısından 2 cavabsız qol keçirməyi bacardı. Düzdü, Felipe Santos da “Qarabağ”ın qapısına yol tapdı, ancaq qol qeydə alınmadı.

Kəsəsi, artıq indidən ən yaxın izləyicisindən 8 xal uzaqlaşan “Qarabağ”a mövsümün ikinci yarısında çatmaq çox çətin olacaq. Daha doğrusu, indidən çempionat iştirakçılarını “Qarabağ” və başqaları kimi iki qrupa ayırmağa məcburuq.

Misli premyer-liqası
2-ci dövrə, 18-ci tur
20 dekabr
Kəpəz - Sumqayıt 0:0
21 dekabr
Turan Tovuz – Neftçi 1:1
Səbail – Zirə 0:1
22 dekabr
Şamaxı – Sabah 3:1
Qarabağ - Araz-Naxçıvan 2:0

1. Qarabağ 18 15 2 1 47-7 47
2. Araz-Naxçıvan 18 12 3 3 21-13 39
3. Turan Tovuz 18 8 8 2 24-15 32
4. Zirə 18 9 3 6 28-16 30
5. Sabah 18 6 8 4 27-24 26
6. Sumqayıt 18 6 2 10 15-26 20
7. Şamaxı 18 4 5 9 16-23 17
8. Neftçi 18 3 8 7 16-27 17
9. Kəpəz 18 3 2 13 12-41 11
10. Səbail 18 2 4 12 16-30 9

Bombardirlər: Coy-Lens Mikels (Sabah), Felipe Santos (Araz-Naxçıvan) – 8, Davit Volkov (Zirə), Leandro Andrade (Qarabağ) – 7.

Növbəti turun oyunları yanvarın 17-19-da keçiriləcək: “Şamaxı” – “Qarabağ”, “Zirə” – “Araz-Naxçıvan”, “Neftçi” – “Sabah”, “Sumqayıt” – “Səbail”, “Kəpəz” – “Turan Tovuz”.

ƏSƏD SEYİDOV

Paylaş:
Digər xəbərlər

Premyer-liqa

26-12-2023, 23:0

Çempion onsuz də bəllidi, ikinci yerə iddialıların sayı çoxdu - TURUN ŞƏRHİ

Premyer-liqa / Manşet

27-12-2022, 13:0

Liderlər fasiləyə itkisiz yollandı - TURUN ŞƏRHİ

Premyer-liqa / Reportaj

24-05-2023, 18:0

“Sumqayıt” rəsmiləşdirdi, iki suala aydınlıq gəlmədi – TURUN ŞƏRHİ – TURUN ŞƏRHİ

Ölkə futbolu

27-08-2024, 22:0

“Turan Tovuz” əvəzedicilər liqasında da liderdi! - ŞƏRH

Premyer-liqa

22-02-2023, 14:0

Lider uzaqlaşdı, “Qəbələ” 4-cü pilləyə yaxınlaşdı - TURUN ŞƏRHİ

Premyer-liqa

16-11-2022, 23:0

Liderlər xal itirdi, “Neftçi” turdan qazanclı çıxdı - TURUN ŞƏRHİ

Aktual
“Sabah” Maludanın mövqeyini onu da gətirdi!
“Sabah” “İberiya”ya vermişdi, amma “Veres”də oynayacaq
PFL rəsmisindən premyer-liqanın sponsoru ilə bağlı açıqlama – nə vaxt bilinəcək?
“Kimisə günahlandırmaq düzgün deyil” – “Qartallar” məğlubiyyətlə barışdı
"Sabah"ın Randers səfərinin təfərrüatları - heyətdə itki varmı?
“Cəbrayıl”, yoxsa “Gəncəbasar”?
Son xəbərlər
  • Bu gün, 14:10
    "Sabah"ın potensial rəqibi bilindi - ÇL
  • Bu gün, 13:37
    “Sabah” Maludanın mövqeyini onu da gətirdi!
  • Bu gün, 13:16
    "Sabah"ı Avropa Liqasında kimlər gözləyir? - "Benfika", "Beşiktaş", ÇSKA...
  • Bu gün, 12:57
    Ölkəmizi Avropa Kubokunda təmsil edəcək cüdoçular - SİYAHI
  • Bu gün, 12:35
    Pakistan millisinin kapitanı "Qarabağ"da - RƏSMİ
  • Bu gün, 12:10
    Ehtiram Quliyev Bakıda Əziz Yıldırımla görüşdü
  • Bu gün, 11:45
    "Qarabağ"ın potensial rəqibləri azaldı
  • Bu gün, 11:15
    "Sabah"ın potensial rəqibi bəlli olur
  • Bu gün, 10:56
    “Sabah”ı pley-offdan ayıran son maneə - “Orhus”
  • Bu gün, 10:30
    AFFA yeni mövsüm üçün hakimləri açıqladı - SİYAHI
  • Bu gün, 10:00
    “Sabah” “İberiya”ya vermişdi, amma “Veres”də oynayacaq
  • Bu gün, 00:20
    Mahir "Rakuv"da yenə qol vurdu
  • Bu gün, 00:09
    PFL rəsmisindən premyer-liqanın sponsoru ilə bağlı açıqlama – nə vaxt bilinəcək?
  • Dünən, 23:38
    Ramik yeni mövsümə qolla başladı!
  • Dünən, 22:52
    Belçikadan İngiltərəyə üz tutacaq
  • Dünən, 22:21
    Almaniyada klubunu dəyişdi
  • Dünən, 21:45
    ''Fənər''in rəsmisi portuqaliyalı ulduz üçün Milana yollandı!
  • Dünən, 21:12
    Şimali Amerikaya yollandı
  • Dünən, 20:41
    Gözlənilən təyinat açıqlandı
  • Dünən, 20:10
    Nəriman Messi ilə qarşılaşa bilmədi - NİYƏ?
  • Dünən, 19:40
    Zidan Fransanın başında ilk oyununa Kocaelidə çıxacaq!
  • Dünən, 19:06
    Meksikadan vətəninə qayıtdı
  • Dünən, 18:36
    “Kimisə günahlandırmaq düzgün deyil” – “Qartallar” məğlubiyyətlə barışdı
  • Dünən, 18:05
    Əziz Yıldırım akademiyanın başına kimi gətirir?
  • Dünən, 17:34
    Asiyadan Avropaya qayıdır
  • Dünən, 17:03
    “Milan”ı tərk etməyəcək
  • Dünən, 16:32
    Acunun komandası ''Kasımpaşa'' ilə bacarmadı
  • Dünən, 16:01
    "Qəbələ" braziliyalı qapıçı transfer etdi
  • Dünən, 15:30
    Rüfət komandasına qələbə qazandırdı
  • Dünən, 15:00
    ''Beşiktaş'' və İtalyano serbiyalı ulduzun yolunu gözləyir
  • Dünən, 14:31
    "Sabah"ın Randers səfərinin təfərrüatları - heyətdə itki varmı?
  • Dünən, 14:00
    Premyer-liqaya 29 ölkədən 54 legioner gəlib! - klublar Portuqaliya liqalarını su yoluna döndərib...
  • Dünən, 13:45
    Yenidən paytaxt klubuna xidmət edəcək
  • Dünən, 13:05
    Mançesterdən Madridə yollandı
  • Dünən, 12:35
    “Cəbrayıl”, yoxsa “Gəncəbasar”?
Daha çox
Oxunub: 360
Qurban Qurbanovdan Sofiya səfəri ilə bağlı gözlənilməz qərar – o, qələbənin açarını tapıb?
Oxunub: 220
“Bu səbəbdən ona oyunlarda şans vermirəm” – Abbas Hüseynovun taleyi bəlli oldu
Oxunub: 174
Koxalski, sən nə etdin? – getmək istəyirsən, bəhanəsiz get!
Oxunub: 161
“Gün gələcək, bu məsələnin əsl mahiyyətini bütün ictimaiyyət biləcək” - Bayrampurla bağlı sərt açıqlama
Oxunub: 156
ÇSKA-nın stadionunda 72 saatda üç oyun keçiriləcək – ot örtüyü “Qarabağ”a problem yarada bilər!
Oxunub: 131
“Bu mövzu ilə bağlı sualları Cavid Hüseynova ünvanlamaq daha doğru olar” – “Cəbrayıl” niyə satıldı?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə