• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Liderlər xal itirdi, “Neftçi” turdan qazanclı çıxdı - TURUN ŞƏRHİ

Premyer-liqa

16-11-2022, 23:0

Yığmaların yoldaşlıq görüşləri üzündən yaranacaq fasilə ərəfəsində keçirilən 14-cü turda maraqlı hadisələr baş verdi.

5 qarşılaşmanın üçündən meydan sahibləri qalib ayrıldı, ikisi heç-heçə bitdi. Qolsuz bitən görüşlərdən biri “Bank Respubika Arena”da keçirildi. 13 turdan sonra yüzfaizlik nəticə ilə turnir cədvəlinə başçılıq edən “Qarabağ” Masazırda “Sabah”ın qonağı oldu. 10 min azarkeşin (hələ ki mövsümün rekordudu) izlədiyi oyunda qapılara qol vurulmasa da, 90 dəqiqə gərgin idman mübarizəsi şəraitində keçdi. Təsadüfi deyil ki, əvvəlki illərdə rəqabətsizlikdən şikayətlənən Qurban Qurbanov matçsonrası mətbuat konfransında rəqibin oyununu yüksək qiymətləndirib və belə qarşılaşmaların ölkə futbolunun inkişafına təkan verəcəyini bildirib. Elə Murad Musayev də komandasının çıxşından razı qalıb. Liderlər arasındakı görüşdə qalib müəyyənləşmədiyindən turnir cədvəlinin yuxarı hissəsində vəziyyət dəyişmədi. “Köhlən atlar” ən yaxın izləyicisini yenə 5 xal qabaqlayır.

Hazırda 3-cü pillədə qərarlaşan “Neftçi” isə “Sumqayıt”la heç-heçədən sonra bu dəfə azarkeşlərinin sevindirdi. “Ağ-qaralar” “doğma divarlar” arasında “Qəbələ”nin qapısından iki cavabsız top keçirdi. Əsas rəqiblərinin “sülh bağlaması” da bakılıların işinə yarayıb. 14 turdan sonra “Neftçi” “Sabah”dan 6, “Qarabağ”dan isə 11 xal geri qalır. 3 xallıq sistemdə bu fərqi aradan qaldırmaq o qədər də çətin görünmür.

“Zirə” də turu qələbə ilə başa vurdu. Rəşad Sadıqovun komandası azarkeşlərinin önündə son turlarda enişdə olan “Səbail”i minimal hesabla üstələdi. Qələbə sayəsində “qartallar” ən yaxın izləyicisi “Qəbələ”dən 2 xal uzaqlaşıb. “Dənizçilər” isə artıq neçə turdu “qara zolaq”dan çıxa bilmir. Mahmud Qurbanovun çalışdırdığı komanda 5 oyundu qələbəyə həsrətdi. 9-cu turda “Sumqayıt”ı yenən “Səbail” son 5 qarşılaşmada 2 heç-heçə ilə yadda qalıb.
Həftəsonu maraqla gözlənilən Qərb derbisində də qalib müəyyənləşmədi. “Kəpəz”lə “Turan Tovuz” çox çalışsa da, azarkeşlərini sevindirə bilmədi. Maraqlıdı ki, Gəncədəki “sülh” hər iki komandanın çalışdırıcısının ürəyincə olub. “Sarı-göylər”in baş məşqçisi Tərlan Əhmədov oyunun tamamında “uduzsaydıq belə, futbolçularımdan razı qalacaqdım” söyləyibsə, “Turan Tovuz”un çalışdırıcısı Ayxan Abbasov “indi-indi oyunumuzu tapırıq” deyib.
Turun açılış oyununda isə “Şamaxı” rəzil gündə olan “Sumqayıt”ı evə əliboş yola saldı. “Şirlər” səfərdə “Turan Tovuz”u yenəndən sonra doğma azarkeşləri önündə hələ də qələbəyə həsrət qalan “kimyaçılar”ı da meydana çıxmağına peşman etdi.

Misli premyer-liqası
2-ci dövrə, 14-cü tur
11 noyabr
Şamaxı - Sumqayıt 4:2
12 noyabr
Zirə - Səbail 1:0
Neftçi – Qəbələ 2:0
13 noyabr
Kəpəz – Turan Tovuz 0:0
Sabah – Qarabağ 0:0

1. Qarabağ 14 13 1 0 40-8 40
2. Sabah 14 11 2 1 30-10 35
3. Neftçi 14 9 2 3 28-14 29
4. Zirə 14 7 1 6 16-21 22
5. Qəbələ 14 6 2 6 17-15 20
6. Turan Tovuz 14 4 4 6 10-18 16
7. Səbail 14 2 4 8 11-20 10
8. Şamaxı 14 2 4 8 12-23 10
9. Kəpəz 14 2 3 9 11-29 9
10. Sumqayıt 14 0 5 9 6-23 5

Növbəti turun oyunları: 27 noyabr – Neftçi – Səbail; 28 noyabr – Şamaxı - Kəpəz, Qarabağ – Zirə; 29 noyabr – Turan Tovuz – Sabah, Sumqayıt – Qəbələ.
Bombardirlər: Ramil Şeydayev, Musa Qurbanlı ( hər ikisi "Qarabağ") – 11, Coy-Lens Mikels (Sabah) – 7.

RƏŞAD

Paylaş:
Digər xəbərlər

Ölkə futbolu

14-11-2022, 13:0

Premyer-liqada son 5 ilin rekordu

İdman

18-04-2022, 19:0

“Azəryol”dan növbəti qələbə, “Bakı”nın ilk məğlubiyyəti

Aktual
“Sabah”ın rəqibindən böyükhesablı qələbə
UEFA-nın qərarı Tovuzda görülən işlərə təsir etdi – “artıq gələn mövsümə...”
Varqas nağılı başa çatır! – belə şey olar?
Azarkeşlər Azər Məmmədovu qəzəblə qarşıladı, lağa qoydu – rəhbərliyə ittihamlar
“Zirə”nin rəqibində böhran – azarkeşlər “Torpedo”nun mərhələ keçəcəyinə inanmır!
Cavid Hüseynov, ortabab komanda, premyer-liqada qalmaq hədəfi... – “Araz-Naxçıvan”da yeni səhifə
Son xəbərlər
  • Bu gün, 15:02
    “Sabah”ın rəqibindən böyükhesablı qələbə
  • Bu gün, 14:31
    Klubunda hamını arxada qoydu
  • Bu gün, 14:00
    UEFA-nın qərarı Tovuzda görülən işlərə təsir etdi – “artıq gələn mövsümə...”
  • Bu gün, 13:39
    Klubu ilə yenidən anlaşdı
  • Bu gün, 13:18
    "Araz-Naxçıvan" kapitanla vidalaşdı
  • Bu gün, 12:57
    Keyta "Qəbələ" ilə yeni müqavilə imzaladı
  • Bu gün, 12:26
    İtaliya klubunu tərk etdi
  • Bu gün, 11:55
    Çüdoçularımızın rəqibləri məlum oldu
  • Bu gün, 11:30
    Sərgən Yalçın ''Beşiktaş''ı yıxıb-sürüdü - ''Komanda bu gedişlə hara gedir?''
  • Bu gün, 11:06
    Rövlan Muradov "Araz-Naxçıvan"da
  • Bu gün, 10:53
    Varqas nağılı başa çatır! – belə şey olar?
  • Bu gün, 10:31
    Mehdi Cənnətov "Səbail"də
  • Bu gün, 10:10
    Braziliya pley-offa qrup lideri kimi adladı - DÇ səhəri
  • Bu gün, 09:00
    Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
  • Bu gün, 00:58
    İsveçrə 1-сi, Kanada 2-ci oldu - DÇ gecəsi
  • Dünən, 23:25
    "Sabah" ilk yoxlama matçında heç-heçə etdi
  • Dünən, 22:50
    Paytaxt klubunu tərk edəcək
  • Dünən, 22:00
    Azarkeşlər Azər Məmmədovu qəzəblə qarşıladı, lağa qoydu – rəhbərliyə ittihamlar
  • Dünən, 21:07
    İtaliya klubunda yeni təyinat
  • Dünən, 20:36
    İbrahimoviç Messini yerə-göyə sığdırmadı - ''Pele, Maradona və Kroyffdan da üstündü''
  • Dünən, 19:59
    Torreyra ''Boka Xuniors'' iddiaları üçün nə dedi?
  • Dünən, 19:34
    İngiltərədə klubunu dəyişdi
  • Dünən, 18:26
    Məşhur futbolçu klubsuz qaldı
  • Dünən, 17:59
    “Zirə”nin rəqibində böhran – azarkeşlər “Torpedo”nun mərhələ keçəcəyinə inanmır!
  • Dünən, 17:15
    "Neftçi"dən növbəti transfer
  • Dünən, 16:43
    Mundial onun üçün erkən sona çatdı
  • Dünən, 16:12
    Cavid Hüseynov, ortabab komanda, premyer-liqada qalmaq hədəfi... – “Araz-Naxçıvan”da yeni səhifə
  • Dünən, 15:41
    “1,5 milyon manatın PFL-in büdcəsində saxlanılmasına icazə verilib” - AFFA-dan açıqlama
  • Dünən, 15:20
    “Sumqayıt” yeni baş məşqçi tapa bilmir... – klub rəsmisindən açıqlama
  • Dünən, 14:59
    "Zirə"də daha bir ayrılıq
  • Dünən, 14:27
    “Futbolu bir çox idman növü kimi dörd hissədən ibarət etməli deyilik” - Aslan Kərimov mundialı dəyərləndirdi
  • Dünən, 13:57
    Almaniyadan vətəni İspaniyaya qayıdacaq
  • Dünən, 13:36
    “Qarabağ”ın rəqibi qələbələri sıralayır - heyətdə dəyişiklik varmı?
  • Dünən, 13:15
    "Araz-Naxçıvan" kolumbiyalı futbolçu transfer etdi
  • Dünən, 12:54
    Xankəndidə yeni cüdo zalı istifadəyə verildi
Daha çox
Oxunub: 273
Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
Oxunub: 256
“Sən özün nə qədər evlər yıxmısan, Xaqani...”
Oxunub: 232
“Neftçi”dən sürpriz gediş: Eminlə Emilə rəqib gəldi!
Oxunub: 210
Koxalski də "Qarabağ"dan gedib - onu "gördüm" deyən yoxdu!
Oxunub: 204
“Zirə”dən ayrılmaq qərarını apreldən vermişdim” – Rəşad Sadıqov Ceyhun Nuriyevi yenə komandaya çağırıb?
Oxunub: 199
“Kəpəz”in heybətli görünən sədr və baş məşqçi postu... – Gəncədə uduzmaq üçün şir ürəyi yemək lazımdı!
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə