“Özümə yığmada debüt etməyi arzulayıram” – 15 “İlan”dan biri

1.01.2025 11:25 466
Aktual / Ölkə futbolu
Misli premyer-liqasında İlan ilində dünyaya gələn 15 futbolçu var. İlan ili isə özünü təkmilləşdirməyə çalışan və dəyişiklikdən qorxmayanlar üçün uğurlu sayılır.

"Football-plus.az" İlan ilində doğulanlardan Səbuhi Abdullazadə ilə əlaqə saxlayıb, 2025 ilə bağlı gözləntilərini soruşdu:

"Özümə zədəsiz bir il, daha da yaxşı nəticələr, uğurlar və yığmada debut etməyi arzulayıram. Komanda üçün də əlimdən gələnin artığını edəcəm ki daha yüksək pillələrə qalxa bilək".

AYGÜN MİRZA