“Sumqayıt” yarımmüdafiəçi Səbuhi Abdullazadə ilə davam etməkdə olan müqaviləni yeniləyib.
"Football-plus.az" xəbər verir ki, 21 yaşlı futbolçu ilə 2025/26 mövsümünün sonuna qədər anlaşma əldə olunub.
Qeyd edək ki, futbola 2011-ci ildə “Sumqayıt” Futbol Akademiyasında qədəm qoyan Səbuhi Abdullazadə 15 yaşı olarkən, 2017/18 mövsümündə premyer-liqada debüt edib (14-cü tur, “Kəpəz” – “Sumqayıt” 0:3; 02.12.2017). Premyer Liqada ümumilikdə 79 oyun keçirən yarımmüdafiəçi 1 dəfə qol vurmağa da müvəffəq olub.