Premyer-liqada 17 Əjdaha var...

1.01.2024 11:13 249
Aktual / Ölkə futbolu
Şərq astrologiyasına görə bu gün başlayan 2024 Əjdaha ilidi.

Premyer-liqada çalışan məşqçilər arasında Əjdaha ilində dünyaya gələn məşqçilər olmasa da, futbolçuların sayı kifayət qədərdi. Xüsusən də cari mövsümü imkanlarından aşağı keçirən “Sabah”ın heyətində Murad Musayevin əlinin altında bir yerli, üç əcnəbi “əjdaha” var. Görəsən, 2024-də onlar ağzından od püşkürəcəkmi?

Azərbaycan çempionatındakı Əjdahaların siyahısı
Elvin Cəfərquliyev – “Qarabağ”
Tyaqo Silva, Rüstəm Əhmədzadə, Filipe Paxtman – “Zirə”
Yeqor Boqomolsi – “Neftçi”
Kamran Quliyev – “Sumqayıt”
Elçin Mustafayev – “Araz-Naxçıvan”
Kahim Parris, Nicat Mehbaliyev, Jarl Marqariya, Vinsent Til – “Sabah”
Vüsal Məsimov, Şakir Seyidov, Elmir Tağıyev – “Kəpəz”
Assimba Atanqana, Rauf Hüseynli, Gilad Abramov – Qəbələ
“Səbail”lə “Turan Tovuz”un heyətində Əjdaha yoxdu.

Əjdaha ilində dünyaya gələn futbolçulardan ikisinin fikrini də öyrəndik.

Nicat Mehbalıyev:

“Əvvəlcə hər kəsi Dünya Azərbaycanlıların Həmrəyliyi Günü münasibəti ilə təbrik edirəm. İnşallah, qarşıdan gələn il ölkəmizə düşərli olar. Hər kəsə xeyirli il arzulayıram”.

Şakir Seyidov:

“2024 tək mən yox, bütün xalqımız üçün düşərli olsun. Bütün dərd-bəla 2023-də qalsın, bizimlə yeni ilə keçməsin”.

ƏSƏD SEYİDOV