"Zirə"nin qış transfer pəncərəsində heyətinə qatdığı Abbas İbrahim Misli Premyer Liqasında debüt edib.
"Football-plus.az" xəbər verir ki, 25 yaşlı yarımmüdafiəçi 26-cı turda "Kəpəz"lə səfər oyununda oyun şansı alıb. O, sözügedən görüşün 2-ci hissəsində ehtiyatdan meydana daxil olub.
Qeyd edək ki, Abbas qışda "Zirə" ilə 2,5+1 illik müqavilə imzalayıb. Daha sonra zədələnən nigeriyalı futbolçu çempionatımızda oynamaq şansı tapmamışdı.