"Kəpəz"in futbolçusu Abdullahi Şuaybu klubun mətbuat xidmətinə açıqlama verib.
"Football-plus.az" xəbər verir ki, o, təlim-məşq toplanışını dəyərləndirib:
"Komandamız təlim-məşq toplanışına başlayıb. İşlər yaxşı gedir. Yeni komanda qurulur. Ümid edrəm ki, bu kollektiv yaxşı nəticə verəcək. İnşallah belə də olar. Özümə gəlincə, fikrim məşqlərə yönəlib. Komandam üçün əlimdən gələn ən yaxşısını edəcəm. Ötən çempionatdan daha yaxşı çıxış etməyə çalışacağıq. Starta kimi mübarizəyə hazır olacağıq. Ötən mövsüm komandanın ən sərrast futbolçusu olmuşdum. Həmçinin, qol ötürmələri də vermişdim. Yeni mövsümdə də qolları sıralamağı, bombardir olmağı düşünürəm".