Tezliklə azad agent olacaq

30.12.2024 13:28 256
Dünya futbolu
Yanvarda “Napoli”ni tərk edəcək ilk futbolçu müəyyənləşib.

Tanınmış insayder Fabritsio Romanonun məlumatına görə, Mario Ruy ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam veriləcək. Portuqaliyalı müdafiəçi qış “transfer pəncərəsi” zamanı azad agent statusu qazanacaq.

33 yaşlı Mario “Napoli”də 2018-ci ildən oynayır. Qeyd edək ki, o, bu mövsüm bir oyunda belə meydana çıxmaq imkanı qazanmayıb.