Milli futbolçu azad agent olacaq

15.06.2022 17:17 512
Dünya futbolu
Nəhayət, Andrea Belottinin “Torino” ilə məsələsinə aydınlıq gəlib.

İtaliya yığmasının hücumçusu 2015-ci ildən formasını daşıdığı komandanı tərk edəcək. O, klub rəhbərliyi ilə yeni müqavilə mövzusunda razılığa gələ bilmədiyi üçün iyulun 1-də azad agent statusu qazanacaq. 28 yaşlı Andrea “Torino”da bütün turnirlərdə 251 oyunkeçirib və 113 qol vurub.