Klubunu azad agent kimi tərk edəcək

1.06.2023 22:51 220
Dünya futbolu
Joao Moutinyo tezliklə iş yerini tərk edəcək.


"Football-plus.az" xəbər verir ki, onun bu yay “Vulverhempton”la vidalaşacağını baş məşqçi Xulen Lopetegi bildirib. İspaniyalı mütəxəssis portuqaliyalı yarımmüdafiəçinin komandanı azad agent kimi tərk edəcəyini deyib.

Moutinyo “Vulverhempton”da 2018-ci ildən çıxış edir. 36 yaşlı futbolçu bu mövsüm premyer-liqada 31 oyun keçirib.