“Napoli” Ruisi də itirir

10.08.2022 13:28 440
Dünya futbolu
PSJ heyətinə daha bir yeni futbolçu qatmağa hazırlaşır.

"Football-plus.az" xəbər verir ki, yerli mənbələrin məlumatına görə, Paris klubu “Napoli”dən Fabian Ruisi transfer etməyə yaxındı.

Tərəflər artıq razılığa gəliblər. 26 yaşlı yarımmüdafiəçi ilə tezliklə 5 illik müqavilə imzalanacaq. Fransa klubu Ruisə görə təxminən 25 milyon avro ödəyəcək. İspaniyalı oyunçu “Napoli”də 2018-ci ildən çıxış edir. O, ötən mövsüm 38 oyunda 7 qol vurub və 5 məhsuldar ötürmə edib.

Yeri gəlmişkən, bu yay Neapol klubu müdafiəçi Kalidu Kulibalini “Çelsi”yə satıb. Komandanın lideri Lorentso İnsinye isə azad agent kimi “Toronto”ya keçib.