Yaşıl meydanı tərk etməyi düşünür

27.12.2024 22:51 285
Dünya futbolu
Fransa yığmasının sabiq futbolçusu Samuel Yumtiti karyerasını başa vurmaq haqda düşünür.

“Sport.es” saytının məlumatına görə, onun 31 yaşında bu qərara gəlməsinə dizindəki xroniki zədə səbəb olub. “Lill”in müdafiəçisi fevral və avqust aylarında dizindən əməliyyat edilib və bu il il yalnız bir oyunda meydana çıxıb.

Qeyd edək ki ki, 2016-23-cü illərdə “Barselona”da çıxış edən Samuel “Lion” və “Leççe”də də oynayıb.