Ötən ay “Barselona”dan ayrılan Samuel Yumtitinin yeni klubu müəyyənləşib.
“Football-plus.az” xəbər verir ki, o, karyerasını vətəni Fransada davam etdirəcək. 29 yaşlı müdafiəçi “Lill” ilə 2 illik müqavilə imzalayıb. Umtiti əvvəllər Liqa 1-də “Lion”da çıxış edib. O, 2016-cı ildə “Barselona”ya keçib və bu ilin iyununda İspaniya klubu ilə müqaviləyə xitam verib. DÇ-2018-in çempionu olan Samuel son mövsümü icarə əsasında “Leççe”də keçirib və A seriyasının 25 oyununda iştirak edib.