“Barselona”nı birdəfəlik tərk etdi

7.07.2023 21:30 217
Dünya futbolu
Samuel Yumtiti artıq “Barselona”nın futbolçusu sayılmır. İspaniya klubu onunla yolları birdəfəlik ayırıb.

“Football-plus.az” xəbər verir ki, fransalı müdafiəçi ilə müddəti 2026-cı ilədək olan müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. Samuel ötən mövsümü icarə əsasında “Leççe”də keçirib və A seriyasında 25 oyuna çıxıb.

O, “Barselona”ya 2016-cı ildə “Lion”dan transfer olunmuşdu. Yumtitinin kataloniyalılarla 2 dəfə İspaniya çempionu olduğunu, 3 dəfə ölkə kubokunu və 2 dəfə ölkə superkubokunu qazandığını da bildirək.