"Kəpəz" "Qarabağ"la qarşılaşacaq

23.12.2024 12:16 278
Ölkə futbolu
"Kəpəz"in 2024-25-ci illər mövsümünün qış fasiləsindəki hazırlıq planı müəyyənləşib.

"Football-plus.az" xəbər verir ki, bu barədə klubu mətbuat xidməti məlumat yayıb.

"Sarı-göylər" yanvarın 2-də Gəncədə bir araya gələcəklər. "Kəpəz" Məşq Mərkəzində bir həftəlik təlim-məşq toplanışı keçirəcək.

Çempionata hazırlıq müddətində yoxlama oyunları da nəzərdə tutulub. Rəqiblərdən biri artıq məlumdu. Komanda yanvarın 9-da "Qarabağ" ilə qarşılaşacaq. Matç Bakıda olacaq.

Qeyd edək ki, "Kəpəz" hazırda Misli premyer-liqasının turnir cədvəlində 11 xalla 9-cudu.