"Kəpəz" və "Qəbələ" yoxlama oyununda üz-üzə gəldi

10.01.2024 16:53 263
Ölkə futbolu
Mövsümün ikinci yarısı üçün hazırlıqları davam etdirən "Qəbələ" və "Kəpəz" bu gün yoxlama oyununda üz-üzə gəlib.

"Football-plus.az" xəbər verir ki, Qəbələ şəhər stadionunda keçirilən oyun "Kəpəz"in 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, "Qəbələ" toplanış çərçivəsində daha bir yoxlama matçı keçirəcək. Komanda yanvarın15-də “Araz-Naxçıvan”la üz-üzə gələcək. Eyni gündə "Kəpəz" "İmişli" ilə qarşılaşacaq.

"Kəpəz" hazırda Misli premyer-liqasının turnir cədvəlində 14 xalla 9-cu, eyni xalı olan "Qəbələ" isə sonuncu - 10-cudu.

Yoxlama oyunu
"Qəbələ" - "Kəpəz" - 1:2
Ü.İsgəndərov, 13 - G.Papunaşvili, 25. M.Musayev, 32-ö.q
Qəbələ, şəhər stadionu. Saat 14.00