"Zirə"nin qış hazırlıq planı müəyyənləşdi

19.12.2022 20:13 349
Premyer-liqa
"Zirə"nin qış hazırlıq planı bəlli olub.

Football-plus.az xəbər verir ki, bunu klubun mətbuat xidməti açıqlayıb. Yanvarın 2-də Antalyada bir araya gələcək "Zirə" burda “İC Green Palace” otelində məskunlaşacaq. “Qartallar” toplanış müddətində 3 yoxlama oyunu keçirməyi planlaşdırıb. Komanda yanvarın 10-da Rumıniyanın “Çindia”, 17-də isə Macarıstanın “Szeged-Csanad” və Serbiyanın “Radniçki” klubu ilə qarşılaşacaq. “Zirə” yanvarın 18-də təlim-məşq toplanışını başa vuraraq Bakıya qayıdacaq.