“Kəpəz”in qış planı bəlli oldu

27.12.2022 23:55 304
Premyer-liqa
Qış fasiləsi üçün istirahətə buraxılan “Kəpəz”in qış planı bəlli olub.

Komanda məşqləri gələn ilin ilk günlərində bərpa edəcək. Hazırlıq planına əsasən, yanvarın 2-də Gəncədə bir araya gələcək komanda üzvləri ayın 5-ə kimi burada məşq edəcəklər. “Sarı-göylər” təlim-məşq toplanışı üçün Türkiyəyə yollanacaqlar. Tərlan Əhmədovun yetirmələri 7-19 yanvar tarixlərində qardaş ölkədə hazırlıq keçəcəklər. Toplanış Antalyanın Bələk qəsəbəsində reallaşacaq.

Hazırlıq prosesinin Türkiyə hissəsi ilə bağlı daha geniş informasiya qarşıdakı günlərdə veriləcək.