“Kəpəz”in planı suya düşdü - “Araz-Naxçıvan”ın dediyi oldu

28.12.2023 17:53 1 559
Premyer-liqa / Manşet
“Kəpəz”in qış hazırlıq planını açıqladığını bilirsiz.

"Sarı-göylər” Gəncədə təlim-məşq toplanışı təşkil etmək və yoxlama görüşlərini təbii ot örtüklü meydançada keçirmək niyyətindəydi. Lakin, həmin dönəmdə Qəbələdə olacaq “Araz-Naxçıvan” “Kəpəz”in sınaqçı rəqib olmaq təklifini qəbul etsə də, sonradan Gəncəyə gəlməkdən imtina etmişdi.

“Football-plus.az”ın əldə etdiyi məlumata görə, tərəflər artıq razılığıa gəlib. Belə ki, “Kəpəz”in Gəncədə oyunlar keçirmək planı suya düşüb. Komanda yanvarın 10-da Qəbələyə yollanıb bölgənin eyniadlı təmsilçisiylə qarşılaşacaq. Bundan 5 gün sonra isə bu şəhərdə “Araz-Naxçıvan”la üz-üzə gələcək.

KƏNAN BAHADIR