Qvardiola yenə problemlərdən danışdı

18.12.2024 12:58 318
Dünya futbolu
“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola komandasının hazırkı problemlərindən danışıb.

Qeyd edək ki, onun komandası bütün turnirlərdə son 10 matçda 1 qələbə qazanıb, 7 məğlubiyyət alıb və 2 oyunda heç-heçə edib. Qvardiola komandasının zədələr səbəbindən böhranda olduğunu deyib:

“İndi əvvəlkindən daha çox matçımız var. Bu oyunların sayı çoxlu zədələrə gətirib çıxarır. Ona görə də düşünürəm ki, mövsüm ərzində təxminən 25-30 futbolçuya ehtiyacım var. Çoxları “problem nədi” sualını verirlər. Problem təqvimdədi. Söhbət futbolçulardan, fizioterapevtlərdən, məşqdən, oyunçuların necə yemək yeməsindən və ya necə istirahət etməsindən getmir. Söhbət oyunların cədvəlindən gedir”.