İngiltərə çempionatının 29-cu turunda ''Mançester Siti'' Erlinq Holannsız oynamasına baxmayaraq öz meydanında ''Liverpul''u 4:1 hesabı ilə darmadağın etdi.
"Football-plus.az" xəbər verir ki, ''şəhərlilər''in baş məşqçisi Xosep Qvardiola premyer-liqada 128-ci ev oyununda yubiley - 100-cü qələbəyə sevindi (16 heç-heçə, 12 məğlubiyyət). Qvardiola eyni zamanda çempionatda 100 ev qələbəsinə hamıdan tez çataraq turnirin yeni rekordunu müəyyənləşdirdi. Əvvəlki rekord Arsen Vengerə məxsus idi. Əfsanəvi fransalı mütəxəssis ''Arsenal''ın başında 100-cü ev qələbəsini 139-cu oyunda əldə etmişdi.