Qvardiola özünə kimi xələf görür?

21.10.2023 23:19 211
Dünya futbolu
“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola özünə xələf gördüyü həmkarının adını çəkib.

"Football-plus.az" xəbər verir ki, o, “Brayton”u çalışdıran Roberto De Zerbini özünün layiqli davamçısı kimi görür.

“The Telegraph” qəzetinin məlumatına görə, Qvardiola ötən mövsüm premyer-liqanın 32-ci turunun “Brayton” – “Mançester Siti” matçından sonra rəqibin texniki heyətinin yanından keçərək onların 3 oyunçusuna müraciət edib. O, De Zerbiyə işarə edərək “bu, “Mançester Siti”nin növbəti baş məşqçisidi” deyib.

Xatırladaq ki, De Zerbi “Brayton”a ötən ilin sentyabrında təyinat alıb. Qvardiola isə MS-ni 2016-cı ilin yayından çalışdırır.