Qvardiola ''Yunayted''in yeni məşqçisini təriflədi

24.04.2022 14:57 557
Dünya futbolu
''Mançester Siti''nin ünlü baş məşqçisi Xosep Qvardiola yeni mövsümdə ''Mançester Yunayted''i çalışdıracağı rəsmən açıqlanan Erik ten Haqı təbrik edərək onu tərifləyib.

Qeyd edək ki, onlar bir-birini yaxşı tanıyır. Qvardiola ''Bavariya''nı çalışdırarkən Ten Haq münhenlilərin əvəzedici heyətinin baş məşqçisi idi. Xosep bunları deyib:

''Eriki təbrik edirəm və ona yeni işində uğurlar arzulayıram. Ten Haq ''Ayaks''dakı işi ilə top səviyyəli məşqçi olduğunu sübut edib. Onun komandaları hər zaman baxımlı futbol oynayıb. Onun ''Ayaks''ını izləmək Ten Haqın necə məşqçi olduğunu anlamaq üçün yetərlidi''.