Halann həftədə bir dəfə oynayacaq

23.08.2022 11:53 400
Dünya futbolu
"Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola futbolçusu Erlinq Halannı zədədən uzaq tutmaq üçün onu az oynatmağa üstünlük verəcək.

"Football-plus.az" Britaniya mətbuatına istinadən xəbər verir ki, bu barədə mütəxəssis bildirib. O, 22 yaşlı hücumçunu həftəlik yalnız 1 matçda meydana çıxarmağı düşündüyünü deyib:

"Yaxşı yemək və istirahət etmək lazımdı. Onun artıq həftədə 1 oyunu var. İndi bunu sizə deyirəm, Erliqin oynamayacağı vaxt 3 gündə bir matçımız olanda Xulian Alvaresi oynadacağam. Ən sevdiyim futbolçulardan biri Bernardo Silvadı. Amma o da indiyədək davamlı olaraq oynamayıb. Riyad Mahrez də ən çox bəyəndiyim futbolçulardandı. 3 gündən bir olan oyunlarımız başlayanda hər kəs oynayacaq".


Qeyd edək ki, Halann "Mançester Siti"yə bu il "Borussiya"dan (Dortmund) keçib. Onun Almaniya təmsilçisindəki qol sayı yüksək olsa da (89 oyunda 86 qol), forvard zədələr də yaşayıb. O, zədə səbəbindən ümumilikdə 2020-ci ilin qışından bu ilin yayınadək 28 görüşü buraxıb.