“Qarabağ” bu gün “Sumqayıt”ı darmadağın etməklə zirvəni özünə qaytardı.
“Football-plus.az” xəbər verir ki, ağdamlıların baş məşqçisi Qurban Qurbanov mətbuat konfransında oyunla bağlı sualları cavablayıb.
- Vaqif Cavadova uğurlar arzulayıram. Onu burda görməyimə şad oldum. Mənə çox hörmətlə yanaşdı. Çox vacib qələbədi. İlin sonunda futbolçularda yorğunluq hiss olunur. Müdafiədə çatışmazlıqlarımız var idi. Bədavi də ayağında ağrı hiss etdi. İlin sonunda futbolçularımızı sağlam buraxmaq istəyirik. Xeyli rotasiyalar etdik. Komanda qələbə üçün düzgün hücumlar qurdu. Təəssüf ki, səhvlərimiz də oldu. Bu da yorğunluqla bağlıdı. Vacib qələbədi. Azarkeşlərə təşəkkür edirəm. Soyuq havada bizlərlə oldular.
- Toral stopper mövqeyində necə təsir bağışladı?
- Oyunun gedişində dəyişikliklər ola bilər. Toralın ötürmələri daha dəqiqdi. Lazım olanda o mövqedə istifadə edə bilərik.
- Vaqif Cavadov bir vaxtlar futbolçunuz olub. İndi isə rəqibsiz. Bununla bağlı nə deyə bilərsiz?
- Bu futbolçuları məşqçi kimi görmək mənə xoşdu. Rəşad, Elmar, Vaqif, Ayxan ilə bir yerdə olmuşuq. Onlara qarşı rəqib olmaq da maraqlıdı mənim üçün. Onların hər birinin uğurlarına sevinəcəm.
- Mərkəz müdafiəçi axtarırsızmı?
- Hər mövqe üçün baxış gedir. Ciddi axtarışdayıq.
- Ölkə çempionatında bəyəndiyiniz futbolçu varmı?
- Ümumilikdə maraqlandığım futbolçular var.
ƏSƏD SEYİDOV