“Düşünürəm ki, Vaqif Cavadova köməkçi kimi yardım edə biləcəm” – Vurğun Hüseynov yeni işindən danışdı

18.10.2024 17:29 369
Aktual / Ölkə futbolu
Samir Abasov köməkçiləri ilə birgə “Neftçi”yə keçəndən sonra “Sumqayıt”da da hava qarışdı.

Böyük şəhərin tək komandası əvəzediciləri çalışdıran Vaqif Cavadova həvalə olundu. Cavadov sağ-soluna inanıb-güvəndiyi məşqçiləri gətirdi ki, onlardan biri də Vurğun Hüseynov oldu. Təbii ki, bu seçim birmənalı qarşılanmadı. 35 yaşlı futbolçu yenicə “Kəpəz”də karyerasını bitirib “Sumqayıt”ın U-16 komandasında köməkçi məşqçi kimi işləməyə başlamışdı. Bəs necə oldu ki, Vurğun əsas komandaya gəldi?

Hüseynovun “Football-plus.az”a söylədikləri:

“Təbii ki, Vaqif müəllimin istəyi əsasında onun köməkçisi oldum. Sağ olsun, məni yanında görmək istədi, mənə inandı. Mən də əlimdən gələni edəcəm ki, ona yardım göstərim. Ümid edirəm hamımıza uğurlu olar. Düzdü, ilk təcrübəmdi. Amma düşünürəm ki, Vaqif Cavadova köməkçi kimi yardım edə biləcəm”.

RÖYANƏ OĞUZ