Vaqif Cavadova “Sumqayıt"da təyinat - RƏSMİ

22.04.2023 11:13 429
Ölkə futbolu
"Sumqayıt"ın U-19 komandasının baş məşqçisi Vaqif Cavadov “Sumqayıt-2”nin baş məşqçisi təyin olunub.

"Football-plus.az" klubun mətbuatına istinadən xəbər verir ki, Cavadovla növbəti mövsümün sonuna qədər müqavilə imzalanıb.

Qeyd edək ki, 2016-cı ildə futbolçu kimi “Sumqayıt” FK-nın heyətində 29 oyun keçirib, 6 dəfə rəqib qapılarına yol tapmış Vaqif Cavadov U-19 komandasının baş məşqçisi vəzifəsində keçirdiyi 27 oyunda 14 qələbə, 4 heç-heçə və 9 məğlubiyyət əldə edib.