Çempionlar Liqasının ilk uğursuzu oldular

16.12.2024 11:13 336
Dünya futbolu
Çempionlar Liqasında (ÇL) mübarizəni dayandıracaq ilk komanda müəyyənləşib.

Öz meydanında “Aston Villa”ya 2:3 hesabı ilə uduzan “Leyptsiq”in əsas mərhələnin sonunda turnirlə vidalaşacağı dəqiqləşib. 6 oyunun hamısında uduzan Almaniya klubunun pley-offda oynamaq şansı verən 9-24-cü yerlərdən birini tutmaq şansı qalmayıb.

Xatırladaq ki, ÇL-də 1-8-ci yerləri tutanlar 1/8 finala çıxacaq, 9-24-cü yerləri tutanlar bu mərhələyə vəsiqə qazanmaq üçün pley-off matçlarında oynayacaqlar. 24-36-cı yeri tutanlar isə avrokuboklarda mübarizəni dayandıracaqlar.