"Araz-Naxçıvan"ın müdafiəçisi əməliyyat edildi

9.11.2026 20:38 0
Ölkə futbolu
"Araz-Naxçıvan"ın müdafiəçisi İssuf Paro ön çarpaz bağın qopması diaqnozu ilə bu gün cərrahiyyə əməliyyatı olunub.

"Football-plus.az" xəbər verir ki, əməliyyat Türkiyədə, tanınmış həkim Mehmet Binnət tərəfindən yerinə yetirilib.

Müdafiəçi 3 gündən sonra xəstəxananı tərk edəcək. Onun növbəti ilin ilk aylarında fərdi məşqlərə başlayacağı gözlənilir.

Xatırladaq ki, futbolçu Misli premyer-liqasının 8-ci turunda “Sumqayıt”la keçirilmiş oyunda zədələnib.