Yığmamız mübarizəni dayandırdı

17.08.2024 19:13 331
İdman
3x3 basketbol üzrə millimiz Dünya Qadın Seriyasının Bakı mərhələsində növbəti oyununu keçirib.

"Football-plus.az" xəbər verir ki, Ratomir Deliçin baş məşqçisi olduğu yığma C qrupundakı ikinci matçında Ukrayna seçməsi ilə üz-üzə gəlib. Qarşılaşma yığmamızın məğlubiyyəti ilə bitib - 8:21

Daha əvvəl Almaniyanın “Düsseldorf ZOOS” komandasına uduzan milli mübarizəni dayandırmalı olub.

Dörd qrupun hər birində ilk iki yeri tutanlar 1/4 finala yüksələcək.

Qeyd edək ki, Bakı mərhələsi sabah başa çatacaq.