Minsk "Dinamo"su məşqlərini "Sabah"ın bazasında keçəcək. Bu barədə bilgini Belarus təmsilçisinin baş məşqçisi Vadim Skripçenko ictimaiyyətə çatdırıb.
Mütəxəssis Konfrans Liqasının əsas mərhələsinin 6-cı turunda "Larn"la (Şimali İrlandiya) oyundan (2:0) sonra keçirilən mətbuat konfransında bildirib ki, yarışdıqları turnirin 7-ci turunda baş tutacaq "Panatinaikos"la matça qədər Bakıda məskunlaşacaqlar.
Bəs təşəbbüs hansı tərəfdən gəlib? Kollektiv "Sabah"ın Masazırdakı, yoxsa Şüvəlandakı bazasında məşq edəcək?
Bu suallarla "bayquşlar"ın mətbuat xidmətinin rəhbəri Elnur Həmidova müraciət etdik. Onun "Football-plus.az"a cavabı: