Belarus klubu ev oyunlarını Sumqayıtda keçirəcək

2.09.2024 14:12 301
Dünya futbolu
Belarusun "Dinamo" (Minsk) klubu Konfrans Liqasının qrup mərhələsindəki ev oyunlarını Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçirəcək.

"Football-plus.az" xəbər verir ki, bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb.

Minsk klubu oktyabrın 3-də, saat 20.45-də Şotlandiyanın "Harts", noyabrın 28-də, saat 21.45-də Danimarkanın "Kopenhagen" və dekabrın 12-də, saat 21.45-də Şimali İrlandiyanın "Larn" kollektivini Sumqayıtda qəbul edəcək.

Qeyd edək ki, qarşılaşmalar azarkeşsiz keçiriləcək.