Buna səbəb kimi futbolçuların bazada qalmasına şərait yaratmaq istəyi göstərilir. Hətta Masazır təmsilçisi keçmiş “AZAL Arena”nı sərəncamına keçirərək hazırlığa da başlayıb. Amma “Sabah” Şüvəlanda məskunlaşacağına, məşqləri orda keçəcəyinə baxmayaraq, rəqiblərini yenə də Masazırdakı “Bank Respublika Arena”da qəbul edəcək.
Bu xəbəri dəqiqləşdirmək üçün “Sabah”ın mətbuat xidmətinin rəhbəri Elnur Həmidovla əlaqə saxladıq. O, komandanın gələcək planlarını açıqlamaq istəmədiyini bildirsə də, məlumatı təkzib etmədi:
“Komanda növbəti mövsümdə də ev oyunlarını Masazırda yerləşən "Bank Respublika Arena"da keçirəcək. Lakin məşqlərlə bağlı başqa idman qurğularının xidmətindən də istifadə oluna bilər. Bu istiqamətdə hansısa yenilik olsa, ictimaiyyətə ətraflı məlumat veriləcək. Hazırda komandamız ev oyunları kimi, gündəlik məşqlərini də "Bank Respublika Arena"nın əsas və ehtiyat meydançasında keçir”.
RÖYANƏ OĞUZ






