"Sabah" - "Makkabi" matçına satılan bilet sayı bilindi - niyə belə az?

28.07.2024 22:52 379
Manşet / Konfrans Liqası
"Sabah" Konfrans Liqasının 2-ci təsnifat mərhələsində "Makkabi"ni qəbul edəcək.

Avqustun 1-i, saat 20.00-da "Bank Respublika Arena"da keçiriləcək oyuna azarkeşlərin marağı qənaətbəxş səviyyədə deyil. Bu barədə "Football-plus az"a "bayquşlar"ın mətbuat xidmətinin rəhbəri Elnur Həmidov məlumat verib. Klub rəsmisi satışa çıxarılan 8000 biletdən 2500-nün sahibini tapdığını bildirib.

Qeyd edək ki, Masazır təmsilçisi ilk oyunda israilliləri darmadağın edib - 3:0.

Hayfa təmsilçisiylə cavab görüşünü tribunadan izləmək istəyənlər biletləri onlayn şəkildə “iticket.az” saytından və "Bank Respublika Arena"nın kassalarından əldə edə bilər.

KƏNAN BAHADIR