Luka Modriçin gələn mövsümə harda başlayacağı hələ ki məlum deyil.
"Football-plus.az" xəbər verir ki, “Real”ın təcrübəli futbolçusu tezliklə gələcəyi ilə bağlı qərar verəcək.
“TodoFichaes”in xəbərinə görə, xorvatiyalı yarımmüdafiəçi Madrid klubunun prezidenti Florentino Peres və direktorlar ilə görüşmək istəyir. Görüş gələn həftə olacaq. Yerli mənbələr Lukanın bosslarla yəqin ki, “Əl-Hilal”ın fantastik təklifi (üç il ərzində 200 milyon avro) haqda danışacağını, görüşdə onun Səudiyyə Ərəbistanına gedəcəyinə, yoxsa daha bir mövsüm Madriddə qalacağına qərar veriləcəyini iddia edir.
Qeyd edək ki, Modriç “Real”da 2012-ci ildən çıxış edir.