Luka Modriçin “Real”dakı aqibəti müəyyənləşib.
“Football-plus.az” xəbər verir ki, o, yeni mövsümə də bu komandada başlayacaq.
Xorvatiyalı yarımmüdafiəçi tezliklə Madrid klubu ilə yeni müqavilə imzalayacaq. Bu barədə “Marca” qəzeti məlumat yayıb. Tərəflərin əməkdaşlığın müddətini 2025-ci il iyunun 30-na qədər artırmaqla bağlı razılığa gəldiyi bildirilib.
Lukanın “Real”la hazırkı müqaviləsinin müddəti bu yaya qədər nəzərdə tutulmuşdu. O, kluba 2012-ci ildə 35 milyon avroya “Tottenhem”dən keçib. Modriç indiyədək komandada 532 matç keçirib, 39 qol vurub və 86 məhsuldar ötürmə verib. “Real”ın İspaniya çempionatında qazandığı 4, Çempionlar Lqasındakı 5 çempionluğunda onun da rolu olub. 38 yaşlı futbolçu bu mövsüm bütün turnirlərdə meydana çıxdığı 44 oyunda 2 qolun və 8 məhsuldar ötürmənin müəllifi olub.