Messi və komanda yoldaşları Heydər Əliyev Mərkəzində

11.12.2024 18:14 311
Ölkə futbolu
Bakıda səfərdə olan dünya futbolunun əfsanələrindən Lionel Messi və komanda yoldaşları Luis Suares, Serxio Buskets və Xordi Alba Heydər Əliyev Mərkəzində olublar.

"Football-plus.az" xəbər verir ki, Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərovla görüşən qonaqlar mərkəzdə təqdim olunan sərgiləri də ziyarət ediblər.

Lionel Messi və komanda yoldaşları “Azərbaycan xalçası-ilmələrin rəqsi” adlı xalça kolleksiyası, "Klassik avtomobil sərgisi" və digər ekspozisiyalarla tanış olublar.